SON XƏBƏRLƏR

Qoşaçayda məktəb çatışmazlığı yaşanır

2021.11.26, 15:08
Qoşaçayda məktəb çatışmazlığı yaşanır

Gunaz.tv

Qərbi azərbaycan əyalətinin Qoşaçay mahalında məktəb çatışmazlığını yerli xeyriyyəçilər həll etmək məcburiyyətində qalıblar.

Dövlətin və İran Təhsil Nazirliyinin məktəb tikintisinə vəsait ayırmaması yerli əhali və iş adamlarını problemi öz vəsaitləri hesabına aradan qaldırmağa vadar edib.

Qoşaçay şəhərinin Təhsil İdarəsinin başçısı Behruz Təqinəjadın noyabrın 25-də mediaya verdiyi açıqlamasına görə, bölgənin üç kəndində 16 dərs otağından ibarət 3 məktəbin tikintisinin təməlatma mərasimi keçirilib.

Onun sözlərinə görə, “Gamış gölü”, “Hacı Həsən” və “Qışlaq Talxab” kəndlərində tikintisi başladılan məktəblər yerli xeyriyyəçilər və iş adamlarının vəsaiti hesabına tamamlanacaq.

Təqinəjad tikilən məktəblərdə 500 şagirdin təhsil alacağını deyib və əlavə edib ki, hal-hazırda Qoşaçayda tikilməkdə olan 146 dərs otağının 82-i tamamilə xeyriyyəçilərin hesabına, qalanları isə dövlət qurumları və xeyriyyəçilərin ortaq vəsaiti hesabına inşa edilir.

Qoşaçayda 50 min şagird 400 məktəbdə təhsil alır və bu məktəblərin, xüsusilə yeni tikilən təhsil ocaqlarının çoxunluğu yerli əhalinin hesabına tikilib.

Xatırladaq ki, uzun illərdir yeni məktəblərin tikintisi ilə yanaşı köhnə təhsil ocaqlarının təmiri və maddi-texniki təchizatına dövlət tərəfindən büdcə ayrılmadığı üçün yerli xeyriyyəçilər problemi həll etmək məcburiyyətində qalırlar.

Təhsil Nazirliyinin yerli nümayəndələri isə məsuliyyəti öz üzərindən atmağa çalışırlar. 

 “Məktəb tikintisi, təmiri və təhsil ocaqlarının maddi texniki təchizatı üçün mərkəzdən vəsait ayrılmır”-deyə yerli məsullar məsələni xeyriyyəçilərin hesabına həll etməyə çalışırlar. 

C.E
 

تجهیز 40 مدرسه بخش مرحمت آباد به سیستم گرمایش استاندارد/ مدارس چهاربرج با  بخاری نفتی خداحافظی کردند - پایگاه تحلیلی خبری زرین خبر

Behruz Təqinəjad

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar