SON XƏBƏRLƏR

Qoşaçayda əməliyyat: Tarixi əsər qaçaqmalçısı saxlanıldı

2022.01.19, 09:30
Qoşaçayda əməliyyat: Tarixi əsər qaçaqmalçısı saxlanıldı

Gunaz.tv

Bu barədə Qoşaçay şəhərinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Fatimə Əlizadə açıqlama verib.

Fatimə Əlizadə mediaya verdiyi açıqlamada bildirib ki, əməliyyat nəticəsində tarixi əsər qaçaqmalçısı saxlanılıb və ondan tarixi əşyalar götürülüb.

Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin əməkdaşlarının bölgə kəndlərindən birində keçiridikləri əməliyyat zamanı tarixi əhəmiyyətli 4 ədəd keramik qabın götürüldüyü bildirilib.

Əlizadə dəmir dövrü və islamın ilk illərinə aid olan tarixi əsərlərin dəyərləndirilməsi üçün əlaqədar qurumlara təhvil verildiyini, saxlanılan şəxsin barəsində cinayət işi açıldığını deyib.

Qeyd edək ki, Qoşaçayda Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi tərəfindən rəsmi qeydə alınan 100 tarixi yer mövcuddur və onlardan 48-i İranın milli əsərləri siyahısında qeydiyyata alınıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar