SON XƏBƏRLƏR

Xocalı qurbanlarının xatirəsi Türkiyədə yad edilib

2023.02.27, 16:57
Xocalı qurbanlarının xatirəsi Türkiyədə yad edilib

Gunaz.tv

Bu barədə Herbiand.az-a tədbirdə iştirak edən “Qardaşlığımız Əbədidir” QHT kolisiyasın sədri Emin Həsənli məlumat verib.

Kocaeli Vətəndaş Cəmiyyəti Mərkəzində keçirilən toplantıya çoxlu sayda QHT rəhbərləri və universitet tələbələri qatılıb.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

“Qardaşlığımız Əbədidir” QHT kolisiyasın sədri Emin Həsənli, Anadolu Aydınlar Dərnəyinin sədri Prof. Dr. İbrahim Öztek, “Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə Koordinatoru Dr. Elvin Əbdürəhmanlı və Kocaeli Qarabağ Dərnəyi başqanı Prof. Dr. Günəş Şahin çıxış edərək bir millət, iki dövlət ideyasının real təzahürləri barədə fikirlərini ölüşüblər.

Azərbaycan və Türkiyənin bütün türk dövlətləri ilə nümunəvi işi və əməkdaşlığı, Azərbaycanın siyasi və iqtisadi inkişafı, Qarabağın dünəni və bu günü, Xocalıda baş verənlər, Birinci və İkinci Qarabağ müharibələri, müharibədən sonrakı regionun gələcəyi və yeni enerji marşrutlarının əhəmiyyəti xüsusi vurğulanıb.

Daha sonra çıxışçılar tədbirdə iştirak edən gənclərin suallarını cavablandırıb. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar