SON XƏBƏRLƏR

Poldəştdə məktəblilərin döyülməsi etiraz doğurdu-VİDEO

2021.11.22, 12:22
Poldəştdə məktəblilərin döyülməsi etiraz doğurdu-VİDEO

Gunaz.tv

“Nazuk” məktəbində təhsil ocağı işçiləri şagirdləri döyüb. Bu hadisə ilə bağlı videobun yayılması valideynlərin və sosial şəbəkə istifadəçilərinin böyük etirazına səbəb olub.

Etirazların genişlənməsindən sonra Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsi məsələnin araşdırılması üçün  məktəbə nümayəndələr göndərilib. Bu barədə qurumun ictimaiyyətlə əlaqələr bölməsindən açıqlama verilib.

Açıqlamada zorakılığa əl atan təhsil işçisinin üzr istəməsinə baxmayaraq, məsələnin araşdırılacağı, təhsil qaydalarına uyğun olmayan davranışa görə tədbir görüləcəyi bildirilib.

Təhsil haqqında qəbul edən əsasnamənin 77-ci maddəsinin məktəblilərə qarşı zorakılığı qadağan etməsinə baxmayaraq, bununpozulması ilə bağlı çox sayda faktlar var.

Bir çox internet istifadəçiləri məktəblilərə qarşı fiziki cəza tədbirlərinin tətbiq olunmasını İran hökumətinin üzərində qurulduğu sistemdən irəli gələn hərəkət kimi dəyərləndiriblər.

C.E

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar