SON XƏBƏRLƏR

Politoloq: “Zəngəzur koridoru açılmasa Laçın dəhlizini bağlamalıyıq”

2021.11.24, 14:30
Politoloq: “Zəngəzur koridoru açılmasa Laçın dəhlizini bağlamalıyıq”

Gunaz.tv

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspert vurğulayıb ki, N.Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər reallığa uyğun deyil: “O bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, lakin bu, Qarabağa aid olmayacaq. Bu, sadəcə mümkün deyil. Çünki sülh müqaviləsinin imzalanması ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanıması deməkdir. 

Fikrimcə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında noyabrın 26-da Soçidə keçiriləcək görüşdə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılacaq”.

N.Paşinyanın rəsmi Bakının İrəvana qarşı aqressiv siyasət yürütməsi və guya Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı iddialarına toxunan politoloq söyləyib ki, erməni siyasətçilər işğal dövrünün reallıqlarına öyrəşiblər və hazırkı vəziyyəti qəbul edə bilmirlər: “Təkcə Paşinyan yox, digər siyasi liderlər də uzun illər sərhədin olmamasına öyrəşmişdilər. 

Qarabağı faktiki olaraq özlərinə birləşdirmişdilər. Elə bilirdilər ki, belə də davam edəcək. Ancaq biz artıq ərazi bütövlüyümüzü təmin etmişik.

Bu, əlbəttə, Ermənistan üçün ağırdır. Biz isə öz işimizi görməli, strateji yüksəkliklərə nəzarətimizi artırmalıyıq. Amma bu o demək deyil ki, diaoloq istəmirik, əksinə, Ermənistanla dialoqu da genişləndirməliyik. İndi əsas məsələ Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanmasıdır. 

Rusiyanın Ermənistana təzyiqləri artsa, bu proses baş verə bilər. Rusiya rəsmiləri hələlik komissiyanın yaradılması məsələsini gündəmə gətiriblər. Əgər Zəngəzur dəhlizinın açılması ilə bağlı razılıq əldə olunmasa biz də adekvat addım atıb, Laçın dəhlizini bağlamalıyıq”. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar