SON XƏBƏRLƏR

İranda son bir ildə 20 mindən çox uşaq erkən nikaha məcbur edilib

2022.03.23, 05:42
İranda son bir ildə 20 mindən çox uşaq erkən nikaha məcbur edilib

Gunaz.tv

Ölkədə müxaliflərə qarşı milyardlarla tümən cərimə hökmü çıxarılıb.

Bu müddətdə 20 mindən çox uşağın nikahı qeydə alınıb, ən azı 7780 uşaq istismarı, zorlama və uşaqlara qarşı cinsi zorakılıq halları olub, 92 uşaq intihar edib, üç uşaq özünü yandırıb, üç milyondan çox uşaq məktəbdən kənarda qalıb və 7 milyondan çox məcburi əmək fəaliyyətinə cəlb olunan uşaq qeydə alınıb.

21500 qadın zorakılığa məruz qalıb, 12 qadının üzünə asi turşusu səpilib, 10 qadın özünü yandırıb, 20 qadın isə namis məsələsi adı ilə öldürülüb.

Üçü azyaşlı olmaqla 333 nəfər dar ağacından asılaraq edam olunub, 105 nəfər barəsində isə edam hökmü çıxarılıb və məhkumlar barəsində 4400 şallaq zərbəsi cəzası tətbiq olunub.

Müxtəlif səbəblər üzündən 243 nəfər İran silahlı və təhlükəsizlik məmurlarının bir başa atəşi nəticəsində həyatını itirib və ağır yaralanıb.

10669 işçi işdən qovulub, 764 işçi iş qəzalarında həyatını itirib, 9441 nəfər yaralanıb.

Son bir il müddətində ölkənin müxtəlif bölgələrində işçilərin, öyrəncilərin, siyasi, ictimai fəalların 2769 etiraz aksiyası keçirilib.

193 məbus aclıq aksiyası keçirib, 317 məhbus sürgün edilb, döyülüb və işgəncələrə məruz qalıb, 27 məhbus isə ya intihar edib və ya məmurlar tərəfindən kameralarda öldürülüb.

Qeyd edək ki, hesabatda İran hökumətinin verdiyi rəsmi statistikaya əsasən yayılan məlumatlar əks olunub və baş verən insan haqları pozuntularının hesabatda göstəriləndən daha çox olduğu ehtimal edilir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar