SON XƏBƏRLƏR

Son bir ildə Urmu gölünün həcmi daha 36 faiz azalıb

2022.06.08, 08:12
Son bir ildə Urmu gölünün həcmi daha 36 faiz azalıb

Gunaz.tv

Bu barədə İranın Energetika Nazirliyi açıqlama yayıb azalıb.

Nazirliyin məlumatında bildirilir ki, gölün sahəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 1304 kvadrat kilometr kiçilib.

Bununla yanaşı hazırda göldə olan suyun həcminin 3.2 milyard kubmetr olduğu və bir il öncəyə nisbətən daha 1.8 milyard kubmetr azaldığı qeyd olunub.

Qeyd edək ki, son hesablamalara görə, Urmu gölünün 90 faizi quruyub və gölün bərpası üçün vəd edilən işlər istənilən yetərli səviyyədə aparılmadığı üçün bölgədə ekoloji problemlər yaşanır.
 
Son bir neçə həftə ərzində Urmu gölünün qurumuş yatağından başlayan duz fırtınası Qərbi, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində problemlər yaradıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar