SON XƏBƏRLƏR

"Foreign Policy": "İsrailin İran rəsmilərinin zərərsizləşdirilməsi əməliyyatları səmərəli olub"

2022.07.01, 09:57
"Foreign Policy": "İsrailin İran rəsmilərinin zərərsizləşdirilməsi əməliyyatları səmərəli olub"

Gunaz.tv

Yayılan hesabata görə, Qərblə İran arasında diplomatik yolların uğursuzluğuna nəzər yetirlərsə, İsrailin İran rəsmilərinə qarşı məqsədyönlü sui-qəsd aktlarının daha da artacağını ehtimal etmək olar.

Hesabatda SEPAH-ın 7 zabitinə, o cümlədən may və iyun aylarında iki polkovnikə qarşı törədilən sui-qəsdlərə toxunulub, bu əməliyyatların İsrailin uzun illər istifadə etdiyi ən mühüm vasitələrindən biri olduğu vurğulanıb.

İsrailin İran ərazisində həyata keçirdiyi ən önəmli sui-qəsd əməliyyatlarından biri 2020-ci ildə İranın ən görkəmli nüvə amillərindən Möhsün Fəhrizadənin öldürülməsi olub.

Hesabat Fəxrizadənin qətlini SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürülməsi ilə müqayisə edib.

Fəxrizadənin zərərsizləşdirilməsinin İranın nüvə proqramına ölümcül zərbə vurduğunu və asanlıqla kompensasiya edilə bilməyəcəyini bildirib.

Möhsün Fəxrizadə İranın nüvə proqramının perspektivinin layihələndirilməsində təsirli rol oynamaqla yanaşı, həm də bu ölkənin digər ölkələrə nüvə texnologiyası ixracında mühüm dayaqlarından biri hesab edilib və bir müddət Şimali Koreyada da olub.

Məlumatda sonda qeyd edilib ki, İsrail bu sui-qəsd əməliyyatları ilə İran dövlət rəsmilərini əməlli-başlı qorxuya salıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar