SON XƏBƏRLƏR

Noyabrın 16-da İranın əksər bölgələrində geniş etiraz aksiyaları keçirilib-Ölənlər var

2022.11.17, 08:04
Noyabrın 16-da İranın əksər bölgələrində geniş etiraz aksiyaları keçirilib-Ölənlər var

Gunaz.tv

Gecə saatlarında davam edən aksiyalar zamanı şəhərlərin çoxunda hökumət məmurları ilə etirazçılar arasında toqquşmalar olub.

Əli Xameneyiyə qarşı şüarlar səsləndirən etirazçılara qarşı göz yaşardıcı qzdan istifadə olunub.

Bir neçə şəhərdə onlara qarşı odlu silahlardan atəş açılıb.

Aksiyalar zamanı hökumətin terror adlandırdığı iki hücumda öldürülən 8 nəfərdən başqa, biri uşaq olmaqla ən azı 4 nəfərin məmurlar tərəfindən öldürüldüyü, onlarla insanın yaralandığı bildirilir.

Bir neçə şəhərdə, yarımhərbi Bəsic qüvvələrinin mərkəzlərinə və bir neçə hökumət binasına hücum olub. 

Noyabrın 16-ı, axşam saatlarından başlayaraq gecə yarısına qədər Güney Azərbaycan şəhərlərində də geniş etiraz aksiyaları baş tutub.

Təbriz, Urmu, Zəngan, Bukan, Soyuqbulaq, Qəzvin, Həmədan, Savə və başqa şəhərlərdəki nümayişlər zamanı çox sayda insanın xəsarət aldığı, onlarla etirazçının həbs edildiyi barədə məlumatlar yayılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar