SON XƏBƏRLƏR

Xoyda zəlzələdən zərər çəkən insanlara yardım edilmir

2023.01.21, 12:12
Xoyda zəlzələdən zərər çəkən insanlara yardım edilmir

Gunaz.tv

Yanvarın 18-də Qərbi Azərbaycan əyalətinin Xoy mahalında 5.4 bal gücündə baş verən zəlzələdən zərər çəkən vətəndaşlar aır vəziyyətdədirlər.

Soyuq havada çöldə və çadırlarda qalmağa məcbur olan xoylular, rəsmi iddiaların əksinə olaraq Qızıl Aypara Cəmiyyəti və başqa dövlət qurumlarının onlara yardım etmədiklərini bildirirlər.

Sosial mediada paylaşım edən və vəziyyətləri ilə bağlı videolar paylaşan vətəndaşlar yardımla bağlı rəsmi mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini qeyd edirlər.

Qərbi Azərbaycan əyalətinin Qızıl Aypara cəmiyyətinin başçısı Həmid Məhbubi mediaya verdiyi açıqlamada yaralananlardan 17=nin durumunun ağır olduğunu bildirib.

Qeyd edək ki, yanvarın 18-i yerli vaxtla saat 13:19 və 13:38 dəqiqədə 3.6 və 5.4 bal gücündə qeydə alınan zəlzələ yerin 12 kilometr dərinliyində baş verib.

Son sutkada bölgədə yeraltı təkanlar 9 dəfə baş verdiyi üçün Xoy şəhəri və ətraf kəndlərin əhalisi gecəni küçələrdə keçiriblər.

Qərbi Azərbaycan Mənzil Fondunun baş direktoru Cəfər Bərzgər  zəlzələ nəticəsində toplam 854 binaya ziyan dəydiyini deyib.

Onun sözlərinə görə, 48 bina tamamilə yenidən tikilməli, 20-80% zərər görmüş binalar isə təmir edilməlidir.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar