SON XƏBƏRLƏR

Xoyun Siyabaz kəndinin əhalisi etiraz aksiyası keçirib

2021.10.20, 07:36
Xoyun Siyabaz kəndinin əhalisi etiraz aksiyası keçirib

Gunaz.tv

Onlar bölgənin ətraf mühitinin mədənçilər tərəfindən məhv edilməsinə qarşı etirazlarını bildiriblər.

Kənd əhalisi, ağsaqqallar və ətraf mühit fəalları əllərində ətraf mühitin qorunması ilə bağlı müxtəlif məzmunlu plakardlar qaldırıb.

“Siyabaz_əhəng_mədəninə_yox” kampaniyası başladan narazılar əhəng mədəni məsullarının ətraf mühiti məhv etmələrinə imkan verməyəcəklərini bildiriblər.

Eirazçılar İran rəhbəri Əli Xamneyiyə müraciət edib.

“Təbii ehtiyatlar milli sərvətdir. Mədənlər dövlətlərə, nazirlərə yox, millətə aiddir”-deyə, kən əhalisi rəhbərə millətin sərvətlərinin məsullar tərəfindən mənimsənildiyini xatırladıblar. 

Qeyd edək ki, bu, son bir neçə ayda bu bölgə əhalisinin neçənci etiraz aksiyasıdır.

Onlar mədənin  2 min nəfərlik əhalisi olan kəndin əkin torpaqlarının yaxınlığında olduğunu bildirir, mədəndə istixrac fəaliyyətləri nəticəsində əkin sahələrini ziyan gördüyünü, insanlarda tənəffüs problemlərinin yarandığını deyirlər.

Bu günə kimi keçirilən etirazlara baxmayaraq mədəndə istixrac fəaliyyətlərini həyata keçirən “Ahək Fəravər Mehr Taban” və yerli məsullar problemlərin aradan qaldırılması iə bağlı heç bir addım atmayıblar. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar