SON XƏBƏRLƏR

Pakistan Hindistanla ticari əlaqələrini dayandırdı

2021.10.20, 07:36
Pakistan Hindistanla ticari əlaqələrini dayandırdı

Gunaz.tv

GünAz TV: Pakistan Hindistanla ticari əlaqələrini rəsmi olaraq dayandırdı.

 

Pakistanın baş naziri İmran Xanın rəhbərliyi ilə keçirilən kabinet iclasından sonra Ticarət və Tekstil Nazirliyi bu barədə açıqlama yaydı.

 

Açıqlamada Hindistanla ikitərəfli ticarət əlaqələrinin dərhal dayandırıldığı, Hindistanın idxal və ixracın qadağan edildiyi ölkələrin siyahısına əlavə edildiyi bildirildi.

 

Sözügedən qadağa əvvəllər yalnız Pakistanın diplomatik və ticari əlaqələri olmayan İsrailə şamil edilirdi.

 

Qeyd edək ki, Hindistan bazar ertəsi günü ölkə konstitusiyasının yarım əsrdən çox müddətdir Cammu Kəşmirə imtiyaz verən 370-ci maddəsini ləğv edərək bölgənin xüsusi statusuna son qoyub.

 

Qərarı qınadığını bildirən Pakistan hökuməti Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq qərarına gəlib və Hindistandan İslamabaddakı səfirini geri çağırmağı tələb edib. TRT

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar