SON XƏBƏRLƏR

Parsabadda divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb

2021.10.20, 07:36
Parsabadda divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb

Gunaz.tv

GünAz TV: Muğanın Parsabad şəhərində divarlara tanınmış milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb.

 

Azərbaycanlı fəallar tərəfindən yazılan şüarlara şəhərin müxtəlif məntəqələrində rast gəlinir.

 

Fəallar ən çox “Abbas Lisani azad olunsun” şüarına üstünlük verib.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. O hələ də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ərdəbil Prokurorluğunda keçirilən iclasda onun qondarma 4 ağır ittihamla üzləşdiyi məlum olub.

 

İnsan haqları qurumları və azərbaycanlı fəallar inanır ki, Abbas Lisaninin son saxlanması ona qarşı gizli ssenarinin qurulduğu və bu istiqamətdə dosye təşkil olunduğundan xəbər verir.

 

Azərbaycanlılar siyasi məhbuslarımız, o cümlədən Abbas Lisaninin azadlığa buraxılması üçün divarlara şüar yazmaq, stadionlarda şüar səsləndirmək, 30 saniyyəlik danışıq videosu yaymaq, səlahiyyətli beynəlxalq qurumlara müraciət etmək, Avropa ölkələrində yığıncaq keçirmək və s. kimi üsullardan istifadə edirlər. Siyasi məhbuslara dəstək verən soydaşlarımızın sayı günü-gündən artır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar