SON XƏBƏRLƏR

Spiker Fransa Senatının qətnaməsini pislədi

2022.11.16, 15:46
Spiker Fransa Senatının qətnaməsini pislədi

Gunaz.tv

Bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

“Fransanın icra və qanunverici orqanlarının Azərbaycana qarşı qərəzli mövqeyini dəfələrlə müşahidə etmişik. 

44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamalar, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. 

Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib. Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiyadır”, - deyə spiker qeyd edib. (modern)

 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar