SON XƏBƏRLƏR

Polis PKK terrorçularına anım mərasimi keçirən HDP üzvlərini saxlayıb – Türkiyədə

2021.10.20, 07:36
Polis PKK terrorçularına anım mərasimi keçirən HDP üzvlərini saxlayıb – Türkiyədə

Gunaz.tv

GünAz TV: İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları PKK terror təşkilatının uzantısı kimi tanınan Xalqların Demokratik Partiyasının (HDP) Sancaqtəpə rayon təşkilatına basqın ediblər.

 

"Trend"in yaydığı məlumatda bildirilir ki, polisin basqını zamanı Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürülən PKK terrorçularının anım mərasimi keçirilirmiş.

 

Şöbə əməkdaşları aralarında HDP Sancaqtəpə rayon təşkilatının sədri İlknur Yusufoğlu da olmaqla, 17 nəfəri saxlayıb.

 

Araşdırma zamanı PKK-ya aid sənədlər, avadanlıqlar, nəşri və yayımı qadağan edilən kitab və jurnallar və s. aşkar edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar