SON XƏBƏRLƏR

Pompeo molla rejiminin qəzəb və zorakılığına məruz qalan iranlı qadınlarla həmrəy olduğunu bildirib

2021.10.20, 07:36
Pompeo molla rejiminin qəzəb və zorakılığına məruz qalan iranlı qadınlarla həmrəy olduğunu bildirib

Gunaz.tv

GünazTV: Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo noyabrın 25-də Twitter” səhifəsində paylaşdığı bir yazıda ölkədə ədalətsizliyə qarşı mübarizə apardığına görə molla rejiminin qəzəb və zorakılığına məruz qalan iranlı qadınlarla həmrəy olduğunu bildirib.

 

Paylaşdığı yazısı ilə bərabər iki il əvvəl Tehranın İnqilab küçəsinə baş örtüyünü açaraq rejimin ölkədə yürütdüyü məcburi hicab siyasətinə etiraz bildirdiyinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşan Vida Müvəhhidin şəklini yayan Pompeo deyib ki, o, İranda ədalətsizliyə qarşı çıxaraq gender bərabərliyi uğrunda mübarizə aparan İran qadınlarının yanındadır: “Biz, bu gün və hər gün rejimin qəzəb və zorakılığına məruz qalmış iranlı qadınların yanında durmuşuq və onlarla həmrəy olduğumuzu bildiririk.

 

Bu elə bir rejimdir ki, geyim növünü seçmək haqqı və dini azadlıq uğrunda mübarizə aparan şəxslərə qarşı zorakılığı ölkədə oturuşmuş hala gətirib” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo Twitter”də paylaşdığı yazısında əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar