SON XƏBƏRLƏR

Pompeodan son sanksiyalara reaksiya: “İran rejiminə qarşı maksimum təzyiq davam edəcək”

2021.10.20, 07:36
Pompeodan son sanksiyalara reaksiya: “İran rejiminə qarşı maksimum təzyiq davam edəcək”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sədri Mayk Pompeo İran rejiminə qarşı maksimum təzyiq siyasətinin davam edəcəyini deyib.

 

O, “Qüds Briqadası”na qarşı qəbul edilmiş son sanksiyalara toxunub və bildirib ki, İran rejimi qaçaq yolla neft satmaqla, qatil Əsəd və Hizbullah kimi təmsilçi terrorist təşkilatlara maliyyə yardımı edir.

 

“Biz İran rejiminin Yaxın Şərqdə təhlükəsizliyi pozmaq üçün ehtiyacı olan maliyyə resurslarını əldə etmə yollarını bağlayacağıq”-deyə Pompeo əlavə edib.

 

Xatırladaq ki, ötən gün Amerikanın Maliyyə Nazirliyi “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın maliyyələşdirilməsi üçün neft satışı təşkil edən İran şəbəkəsinə qarşı sanksiya qəbul edib.

 

Bundan başqa, ABŞ “Sepah”ın, o cümlədən də onun “Qüds” briqadasının maliyyə sisteminin sıradan çıxmasına yardım edə biləcək hər hansı bir məlumat qarşılığında 15 milyon dollar mükafat təyin edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar