SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri təsdiqlənib

2021.10.20, 07:36
Qərbi Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri təsdiqlənib

Gunaz.tv

GünAz TV: 11-ci Çağırış Parlament Seçkiləri Mərkəzinin rəisi fevralın 21-də Qərbi Azərbaycanda keçirilən parlament seçkilərinin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqləndiyini bildirib.

 

Bu barədə Əli Müstəfəvi çərşənbə axşamı günü Qərbi Azərbaycan İnformasiya Şurasının keçirdiyi iclasda danışıb.

 

Məlumata görə, əyalətin bütün seçki dairələrində keçirilən seçkilərin nəticəsi istisnasız olaraq təsdiqlənib.

 

Əli Müstəfəvi bildirib ki, fevralın 28-dək seçkilərlə bağlı bir çox şikayət daxil olub. Konstitusiyaya Nəzarət Şurası martın 3-dək şikayətlərə baxıb. Səsvermə məntəqələrində ciddi qanun pozuntusu olmadığı üçün bütün dairələrdə seçkilərin nəticəsi təsdiqlənib.

 

Fevralın 21-də keçirilən parlament seçkilərində Urmiyadan Salman Zakir, Vəhid Calalzadə və Ruhullah Həzrətpur, Makı, Şot, Poldəşt və Çaldırandan Məhəmməd Əlipur, Mahabaddan (“Soyuq bulaq”) Calal Mahmudzadə, Qoşaçaydan Mehdi İsazadə, Sulduz və Üşnəviyyədən Əli Zəncani, Bukandan Ənvər Həbibzadə, Salmasdan Yaqub Rzazadə, Xoy və Çayparadan Adil Nəcəfzadə, Sərdəşt və Piranşəhrdən Kamal Hüseynpur, Sayınqala və Tikantəpədən isə Həsən Hümməti İran parlamentinə deputat kimi seçilib.

 

Kürd terror qruplaşmaları bölgənin kürdləşdirilməsi ilə bağlı plan hazırladıqları üçün, qeyd olunan məntəqələrin əksəriyəti, o cümlədən Urmiya və Sulduz şəhərləri azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu məsələ Güney Azərbaycan Milli Hərəkatının da diqqət mərkəzində olub. Sonda azərbaycanlıların dəstək verdiyi namizədlərin parlamentə seçilməsi bütün soydaşlarımızın sevincinə səbəb oldu. Seçilən deputatların bəzilərinin siyasi mövqeyi Azərbaycan Milli Hərəkatına uyğun olmaya bilər. Lakin Qərbi Azərbaycanda xüsusi şərait hökm sürdüyü üçün azərbaycanlı milli-mədəni fəallar onlara dəstək vermək qərarına gəldilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar