SON XƏBƏRLƏR

Qəzvində baş örtüyünü açan xanıma dəstək verən aksiyaçılar, rejimin məcburi hicab siyasətinə etiraz bildiriblər - VİDEOLAR

2021.10.20, 07:36
Qəzvində baş örtüyünü açan xanıma dəstək verən aksiyaçılar, rejimin məcburi hicab siyasətinə etiraz bildiriblər - VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranın Qəzvin şəhərində hökumətin qadınlara qarşı məcburi hicab siyasətinə etiraz qalxan aksiyaçılar, küçədə baş örtüyünü açan bir xanıma dəstək verərək, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.

 

Hadisə, son günlər Qəzvinin mərkəzi küçələrindən birində baş verib. Aksiyaçılar baş örtüyünü açan bir xanımın polis tərəfindən tutulmasının qarşısını alaraq, ona dəstək vermiş, hakimiyyətə və İranın dini lideri axund Əli Xamneyiyə qarşı “ölüm” şüarları səsləndiriblər.

 

“Şir ürəkli qadınlara eşq olsun”, “Afərinlər sənə”, “Xamneyiyə ölüm” və “Məcburi hicaba yox” şüarları səsləndirən aksiyaçılar, hakimiyyətin zorla qadınlara qəbul etdirdiyi məcburi hicab siyasətinə son qoyulmasını tələb ediblər. Etirazlarda hər hansı bir aksiyaçının tutulub-tutulmaması barədə məlumat yayılmayıb.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən 6 ay əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

 

Son aylar,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

VİDEOLAR:

 

 

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar