GünAz TV: Güney Azərbaycanın mədəni fəallarından biri Urmiyənin İnqilab Məhkəməsinə çağırılıb.
Qulam Quluzadə adı ilə tanınan Qulaməli Hüseynquluzadəyə bu barədə çağırış vərəqəsi göndərilib. O avqustun 29-da məhkəmə müraciət etməlidir.
Azərbaycanlı fəal sistemə müxalif qrupa üzv olmaqda günahlandırılır.
Qulam Quluzadə Azərbaycan Milli Hərəkatının Urmiyədən olan tanınmış fəallarındandır. O mədəni fəaliyyətinə görə, bu günə qədər dəfələrlə saxlanılıb və Ettelaat tərəfindən təqib və təzyiqlərə məruz qalıb.
N.S