SON XƏBƏRLƏR

QULAMRZA SƏBRİ TƏBRİZİ: «ƏSİL DAK BRÜSSELDƏ KEÇİRİLƏCƏK BİRLİK QURULTAYINA GEDƏN TƏŞKİLATDIR»

2021.10.20, 07:36
QULAMRZA SƏBRİ TƏBRİZİ: «ƏSİL DAK BRÜSSELDƏ KEÇİRİLƏCƏK BİRLİK QURULTAYINA GEDƏN TƏŞKİLATDIR»

Gunaz.tv
QULAMRZA SƏBRİ TƏBRİZİ: «ƏSİL DAK BRÜSSELDƏ KEÇİRİLƏCƏK BİRLİK QURULTAYINA GEDƏN TƏŞKİLATDIR» «Mən və ətrafımdakılar iyunun 6-8-də Almaniyanın Köln şəhərində keçirilən qurultayı legitim saymırıq. Çünki DAK-ın 17 nəfərlik İdarə Heyətindən cəmi 5 nəfər orada iştirak edib». Bunu digər DAK-a rəhbərlik edən professor Qulamrza Səbri Təbrizi «Media forum» saytına açıqlamasında bildirib. O xatırladıb ki, iyunun 21-23-də Belçikanın Brüssel şəhərində qurumun 10-cu qurultayı - birlik qurultayı keçiriləcək və hazırlıq işləri davam edir: «Əsil DAK Brüsseldə olacaq və bu, birlik qurultayıdır. DAK və Demokratik Dünya Azərbaycanlıları Konqresi birləşir. Bu, böyük hadisədir». Q.Təbrizi bildirib ki, İdarə Heyətinin üzvləri olan Cavad Derəxti, Məmməd Azəri də birlik qurultayına gəlmək fikrindədirlər: «İdarə Heyətinin başqa üzvləri də bizimlə bir yerdədirlər. Vaqif Sultanlı, Paşa Qəlbinur, Eldar Qaradağlı, Tofiq Məlikov və digərlərinin adlarını çəkə bilərəm. Mən real adamam, kimlər ki qurultayda bizimlə birlikdə olacaq, onların adlarını çəkəcəm». Q.Təbrizi bildirib ki, əgər S.Rüstəmxanlı DAK-a sədr olmaq istəyirdisə, qurultaya gələrdi və sədr də seçilərdi: «Sadəcə, 20 gün gözləmək lazım idi». «Brüsseldə keçiriləcək qurultayda rəhbərlik etdiyiniz DAK-ın adını dəyişdirməyəcəksiniz ki» sualına cavab olaraq professor Q.Təbrizi bildirib ki, əsil DAK Brüsseldə keçiriləcək birlik qurultayına gedən təşkilatdır və onun adı heç bir halda dəyişdirilməyəcək. Qulamrza Səbri Təbrizi 1934-cü ildə Təbrizin Dəvəçi məhəlləsində anadan olub. Əvvəlcə mollaxanada, sonra xüsusi məktəblərdə təhsil alıb. 1953-58-ci illərdə Təbriz Universitetinin fars və ingilis filologiyası fakültəsini bitirib. 1958-ci ildən mühacirətdədir. Hazırda Böyük Britaniyanın Edinburq Universitetinin islam və Orta Şərq kafedrasının professorudur. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası İdarə Heyətinin üzvüdür. Dünya Azərbaycanlıları Konqresi 1997-ci ildə ABŞ-da yaradılıb. 2005-ci ildə təşkilat parçalanıb və DAK adlı iki qurum fəaliyyət göstərib. Onlardan birinə Cavad Derəxti, digərinə Məhəmmədrza Xeşti rəhbərlik edib. Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK 2006-cı ildə İsveç paytaxtı Stokholmda qurultay keçirib və qurumun adı dəyişdirilərək Demokratik DAK adlandırılıb. Cavad Derəxtinin rəhbərlik etdiyi DAK-ın qurultayında isə (2007-ci il iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçirilib) Qulamrza Səbri Təbrizi qurumun yeni sədri seçilib. 2007-ci il dekabrın əvvəlində DAK-la Demokratik DAK arasında birləşdirici qurultaya gedilməsi haqda saziş imzalanıb. Ancaq qurum yenidən parçalanıb.Yeni parçalanmanın əsası bu il martın 4-də bir qrup İdarə Heyəti üzvünün keçirdiyi paltak iclasda qoyulub. Həmin iclasın qərarına görə, Q.Təbrizi DAK sədrliyindən kənarlaşdırılıb. Onun yerinə şair Sabir Rüstəmxanlı seçilib. Lakin İdarə Heyətinin digər qrupu martın 4-də verilən qərarı qeyri-legitim sayıb. İyunun 20-22-də Belçika paytaxtı Brüsseldə Q.Təbrizinin başçılıq etdiyi DAK-ın da qurultayı keçiriləcək. İyünün 6-8-də isə Almaniyanın Köln şəhərində S.Rüstəmxanlının rəhbərlik etdiyi DAK özünün 10-cu qurultayını keçirib. S.Rüstəmxanlı və Firidun Pərvizniya həmsədr seçiliblər. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar