SON XƏBƏRLƏR

QUMDA İKİ AZƏRBAYCANLI FƏAL TUTULUB

2021.10.20, 07:36
QUMDA İKİ AZƏRBAYCANLI FƏAL TUTULUB

Gunaz.tv
QUMDA İKİ AZƏRBAYCANLI FƏAL TUTULUB İranın Qum şəhərində azərbaycanlı fəalların yaydığı yeni məlumata görə, mayın 12-də əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən bu şəhərdə iki azərbaycanlı fəal tutulub. Bunlar tanınmış azərbaycanlı ruhani höccətülislam Əzimi Qədimə qarşı təzyiqlərə etiraz olaraq Qumun küçə və meydanlarında yazılı vərəqələr yayan Araz (Səfər) Nağıpur və Hüseyn Səttaridir. ETTELAAT əməkdaşlarının onları naməlum istiqamətə apardığı bildirilir. media forum ----------------------------------------------------------------------------------- Livanda prezident seçkiləri 19-cu dəfə təxirə salınıb livan-parlament.jpg Parlament səsverməsi bu dəfə iyunun 10-na təyin olunub Livan parlamentinin ölkə prezidentinin seçilməsi üçün bu gün keçirilməli olan sessiyası iyunun 10-na qədər təxirə salınıb. Məlumatı qanunverici orqanın spikeri verib. Bu, 1975-1990-cı illər vətəndaş müharibəsindən də ağır daxili siyasi böhran şəraitində yaşayan Livanda səsvermənin sayca 19-cu dəfə təxirə salınmasıdır. Son il yarım ərzində davam edən böhran ötən həftə hakim koalisiya və «Hizbullah» hərəkatı tərəfdarları arasında açıq qarşıdurmalara səbəb olub. Livan ordusu komandanlığının bazar ertəsi Beyrutda yayılan bəyanatında deyilir ki, hərbçilər mayın 13-dən etibarən qanunçuluq və ictimai asayişin bərpası üçün güc tətbiq edəcək. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar