SON XƏBƏRLƏR

Qumda siğənin əxlaqsızlığa səbəb olduğunu deyən sosioloqa cinayət işi açılıb

2021.10.20, 07:36
Qumda siğənin əxlaqsızlığa səbəb olduğunu deyən sosioloqa cinayət işi açılıb

Gunaz.tv

GünAz TV: Qum Ədliyyə İdarəsinin rəisinin müavini Əliəsğər Sultani sosioloq İbrahim Fəyyaza qarşı cinayət işinin qaldırıldığını deyib.

 

Mühafizəkar professor olan Fəyyaz cari həftə yerli media orqanlarından birinə verdiyi müsahibə zamanı çoxarvadlılığı və onun təbliğini, eləcə də siğəni tənqid etmişdi.

 

“Kişilər Qumda bağladığı siğələrlə şəhərin qadınlarını əxlaqsız ediblər. Həmin kişilərlə siğə edən qızlar sonradan bu işdən pul qazanmaq fikrinə düşürlər”, - sosioloq qeyd etmişdi.

 

O, həmçinin qeyd etmişdi ki, dəfələrlə Qumda tam hicablı və çadır geyinmiş yüngül əxlaqlı qadınlar hətta özünün maşınına yaxınlaşıb, ona da öz intim xidmətlərini təklif ediblər.

 

Bundan bir neçə gün sonra “Qumun bir qrup sakini”nin İbrahim Fəyyazdan şəhərin Ədliyyə İdarəsinə şikayət etdiyi barədə xəbərlər yayılmışdı. Həmin şəxslər iddia edirlər ki, professor reallığı əks etdirən bu sözləri ilə şəhər əhalisini “təhqir edib”.

 

Əliəsğər Sultani İbrahim Fəyyazın fikirlərini “qalmaqal yaradan sözlər” kimi dəyərləndirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar