SON XƏBƏRLƏR

Ərəbistanda məcburi hicab qaydaları tamamilə aradan götürülür

2022.08.08, 11:15
Ərəbistanda məcburi hicab qaydaları tamamilə aradan götürülür

Gunaz.tv

Bu, onların hüquqlarının tanınması islahatı daha da sürətləndirilib.

Bununla da dünyada 50 müsəlman ölkəsi arasında yalnız İran və əfqanistanda qadınlara qarşı məcburi hicab qaydalarının tətbiqi qüvvədə qalır.

Bundan öncə Səudi Ərəbistanın Daxili İşlər Nazirliyinin qərarı ilə 23 sentyabr 2020-ci ildən Məkkə və Mədinə şəhərləri istisna olmaqla hicabsız qadınlara qarşı hər hansı inzibati cəzanın tətbiq edilməsini qadağan etmişdi. 

Qeyd edək ki, xüsusilə son aylar İranda məcburi hicab qaydalarına riayət etməyən onlarla qadın həbs edilib, yüzlərlə qadın isə döyülüb.

İyul ayının əvvəllərindən başlayaraq qadınlara qarşı şiddət halları Mədəni İnqilab Şurasının toplantısında İran prezidenti İbrahim Rəisinin dövlət qurumlarına hicabsızlığa qarşı mübarizədə daha əhatəli fəaliyyət göstərmələrini tapşırmasından sonra güclənib.

Rəisinin çıxışından sonra müxtəlif dövlət rəsmiləri, mollalar və idarə rəhbərləri hicabsızlara qarşı sərt tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar