SON XƏBƏRLƏR

Kərəcdə edama məhkum edilən məhbusların ailələri etiraz aksiyası keçirib-VİDEO

2022.09.07, 04:48
Kərəcdə edama məhkum edilən məhbusların ailələri etiraz aksiyası keçirib-VİDEO

Gunaz.tv

Aksiya ilə bağlı sosial şəbəkələrdə videolar yayımlanıb.

Ölüm hökmünə məhkum edilənlərin qohumları əllərində “edam etməyin”, "edama yox" şüarları yazılmış əlyazmalar və plakatlar tutublar.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, nümayişçilərin yaxınları Kərəc və Qəzəlhisar həbsxanalarında həbsdədir. Ailələrinə aksiya keçirən edama məhkum şəxslərin ittihamlarının nədən ibarət olması barədə açıqlama verilməyib.

Bu aksiya hüquq müdafiə təşkilatlarının son günlər edama hazırlıq üçün onlarla məhkumun Minab, Qohərdəşt və Kərəc zindanlarında təkadamlıq kameralara köçürülməsi barədə xəbərdarlıqlarından sonra baş tutub.

İranda İnsan Haqları Kampaniyasının verdiyi məlumata görə, son 9 ayda İranda 376 nəfər edam edilib və edam edilənlərin sayı hər gün artmaqda davam edir.

“İran İnsan Haqları Təşkilatı”nın məlumatına görə, mövcud statistik məlumatlar göstərir ki, İran İslam Respublikası son 30 ildə dünyada uşaqların edam edilməsinin 70%-nə cavabdehdir.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar