SON XƏBƏRLƏR

Ər-Riyad: "Danışıqlar İranla aramızda olan problemlərin həlli demək deyil"

2023.03.13, 14:44
Ər-Riyad: "Danışıqlar İranla aramızda olan problemlərin həlli demək deyil"

Gunaz.tv

Bunu martın 13-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan deyib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri əldə olunmuş razılaşmalara toxunaraq, iranlı həmkarı ilə tezliklə görüşməyi planlaşdırdıqlarını bəyan edib.

"Yaxın iki ay ərzində iki ölkə arasında diplomatik münasibətləri bərpa etməyə hazırlaşırıq və gələcəkdə bu istiqamətdə görüşlərimizin olması bizim üçün adi məsələdir",- Səudiyyə Ərəbistanının XİN başçısı bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar