SON XƏBƏRLƏR

"Qərçək"dən siyasi qadın məhbuslar Evin zindanına köçürülüb

2022.07.21, 11:15
"Qərçək"dən siyasi qadın məhbuslar Evin zindanına köçürülüb

Gunaz.tv

İyulun 20-dən başlanan köçürmə barədə rəsmilər hər hansı açıqlama verməyib.

Bir sıra insan haqları müdafiəçiləri bunu məhkumların saxlanma şəraitinə görə, "Qərçək" zindanının beynəlxalq insan haqları təşkilatının diqqətini cəlb etməsi ilə əlaqələndirirlər.

"Qərçək" zindanında bir sıra tanınmış siyasi məhbus, insan haqları müdafiəçisi, o cümlədən Güney Azərbaycanın Zəngan şəhərindən olan Nərgiz Məhəmmədi saxlanılır.

Qeyd edək ki, az müddət bundan öncə “Qərçək” zindanının dözülməz şəraiti ilə bağlı İran İnsan Haqları Birliyi sədrinin müavini, siyasi məhbus Nərgiz Məhəmmədi və hüquq müdafiəçisi Aliyə Mətləbzadə açıq məktub yazıblar.  

Hüquq müdafiəçiləri həbsxana şəraitinin dözülməz olduğunu və qadın məhbusların həyatına qarşı laqeyd yanaşıldığını bildirib.

Bundan öncə quşçuluq ferması kimi istifadə olunan “Qərçək” zindanı sonradan narkomanların saxlanma mərkəzinə, daha sonra isə qadın məhkumların cəzaçəkmə müəssisəsinə çevrilib.

Yaxın Şərqin ən böyük qadın zindanı olan "Qərçək"in 1200 nəfər tutumu olmasına baxmayaraq hal-hazırda orada 1500 qadın məhkum saxlanılır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar