SON XƏBƏRLƏR

Mərənd məhkəməsi qarşısında etiraz aksiyası keçirilib

2022.11.24, 11:20
Mərənd məhkəməsi qarşısında etiraz aksiyası keçirilib

Gunaz.tv

Həbs edilənlər Zunuz bölgəsində qanunsuz mədən fəaliyyətləri və istismarı nəticəsində bölgədə ətraf mühitin məhv edilməsinə etiraz edən Zunuz sakinləridirlər.

Bundan öncədə yerli sakinlər və ətraf mühit fəalları yaranan ekoloji problemlərlə bağlı əlaqədar dövlət qurumlarına müraciətlərinin nəticə vermədiyi üçün dəfələrlə etiraz aksiyası keçiriblər. 

Bölgə əhalisi mədənin fəaliyyətinin onların həyatında və məşğulluğunda heç bir müsbət təsir göstərmədiyini, sadəcə yeni problemlərin ortaya çıxmasına, ekologiyanın, əkin sahələrinin və suvarma sistemlərinin məhv olmasına səbəb olduğunu deyiblər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar