Şadiniya minik avtomobili ilə TIR maşınının toqquşması nəticəsində ölənlərdən ikisinin qadın, birinin isə 2 yaşlı körpə olduğunu bildirib.
Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları, İran istehsalı avtomobillər isə ən təhlükəli nəqliyyat vasitələri arasında yer alır.
İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.
İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.
Timur