SON XƏBƏRLƏR

Sərəskənddə çox sayda ev qəzalı vəziyyətdədir

2022.04.29, 10:14
Sərəskənddə çox sayda ev qəzalı vəziyyətdədir

Gunaz.tv

Məsələ ilə bağlı açıqlama verən Sərəskənd şəhərinin fərmandarı Əlirza Turi hal-hazırda şəhərin 98 hektarlıq ərazisində mövcud olan yaşayış evlərinin uçmaq təhlükəsi ilə üz-üzə olduğunu deyib.

Qeyri-standart şəkildə inşa edilən yaşayış bölgələrinin 4 bal gücündə zəlzələ qarşısında belə dayanıqsız olduğunu deyən Ə.Turi baş verəcək hər hansı bədbəxt hadisə zamanı vaxtında müdaxilə etməyin mümkün olmayacağı barədə xəbərdarlıq edib.

Bələdiyyə və başqa əlaqədar qurumların problemin həlli ilə bağlı yetərli tədbirlər görmədiyini bildirən Əlirza Turi, baş verəcək bədbəxt hadisələrin qarşısının alınması üçün əhatəli plan hazırlanmasının vacibliyini qeyd edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar