SON XƏBƏRLƏR

"İran nüvə öhdəliklərinə qayıtmayana qədər sanksiyalar ləğv olunmayacaq"-Amerika rəsmisi

2022.02.05, 08:25
"İran nüvə öhdəliklərinə qayıtmayana qədər sanksiyalar ləğv olunmayacaq"-Amerika rəsmisi

Gunaz.tv

O, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı bəzi sanksiyaları ləğv etməsinə dair xəbərlərə cavab olaraq bildirib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərə qayıtmayana qədər sanksiyalard ləğv edilməyəcək.

“İran “Bərcam” nüvə sazişi üzrə öhdəliklərinə qayıtmayınca, biz İranı sanksiyalardan azad etməyəcəyik. Biz əvvəlki administrasiyanın etdiklərini dəqiq yerinə yetirdik.

Beynəlxalq tərəfdaşlarımıza İranda silahların yayılması və nüvə təhlükəsizliyi riskinin artması məsələsini həll etməyə icazə verdik”-deyə, Prays cümə günü axşam tvitter hesabında yazıb.

"Assoşeyted Press" agentliyinin cümə günü verdiyi xəbərdə, Bayden administrasiyası “Bərjam” nüvə sazişini davam etdirilməsi məqsədi ilə İranın nüvə proqramına dair bəzi sanksiyaları ləğv etmə niyyətində olduunu iddia edib.

Xəbərdə bildirilir ki, ABŞ dövlət katibi Antoni Blinkin danışıqların son  mərhələsi üçün Vyanaya qayıtmazdan və danışıqların taleyini müəyyən etməzdən əvvəl cümə günü verdiyi fərmanla İranın mülki nüvə fəaliyyətləri ilə bağlı bəzi sanksiyaları ləğv edib.

Dövlət Departamentinin Konqresə verdiyi açıqlamanın və ABŞ Dövlət Katibinin fərmanının surətini yayan "Assoşeyted Press" bildirir ki, nəzərdə tutulan bir sıra istisnalar bəzi ölkələrə və şirkətlərə Buşehr atom elektrik stansiyası, Ərak ağır su stansiyası və Tehran reaktor tədqiqatları üzərində birgə işləməyə imkan verəcək. 

Vyanada BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin bərpası üzrə danışıqların səkkizinci raundu hələlik dayandırılıb. Dövlət Departamenti daha əvvəl bəyan etmişdi ki, danışıqlar aparan tərəflər danışıqların “siyasi qərarlar” tələb edən “son mərhələsinə” yaxınlaşır.

Co Bayden hökuməti deyir ki, İran BMT Təhlükəsizlik Şurasındakı öhdəliklərinə qayıtsa, ABŞ da nüvə sazişinə qayıdacaq. Tehran isə Vaşinqtonun İrana qarşı bütün sanksiyaları aradan qaldıracağı təqdirdə həmin öhdəliklərə qayıdacağını bildirir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar