SON XƏBƏRLƏR

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023.03.24, 08:09
Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

Gunaz.tv

Aksiya iştirakçıları digər məsələlərlə yanaşı, Tehrana qarşı daha çox sanksiyaların tətbiq edilməsini və İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu adlandırılmasını tələb ediblər.

Bundan əvvəl bir çox iranlı mühacir Avropa Parlamenti və Avropa Birliyinin Strasburq və Brüsseldəki qərargahı qarşısında bir neçə aksiya keçirərək, bu birlik tərəfindən SEPAH-ı terrorçu adlandırmağı tələb ediblər.

Aksiyada çıxış edən müxaliflər Tehran rejiminin repressiyaları barədə danışb və SPAH-ın ölkə daxili və xaricdəki terror fəaliyyətləri barədə açıqlamalar veriblər.

Eyni zamanda, ABŞ-ın respublikaçı senatorlarının koalisiyası Avropa Birliyinin xarici siyasət rəhbəri Cozef Borrelə göndərdikləri məktubda İslam İnqilabı Keşikçiləri Korpusunun adının terrorçu qruplaşmalar siyahısına daxil edilməsini tələb ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar