SON XƏBƏRLƏR

Aralıq dənizində 1300-dən çox miqrant xilas edilib

2023.03.12, 10:06
Aralıq dənizində 1300-dən çox miqrant xilas edilib

Gunaz.tv

Bu barədə “Reuters”ə istinadən xəbər verilir.

Qeyd olunub ki, gəmilərin birindən sahildən 160 km aralıda olan 500 miqrant təxliyə edilib, sonra onlar Redjo-Kalabriya şəhərinə aparılıb. Eyni ərazidə başqa gəmidən daha 379 nəfər xilas edilib.

Bundan əlavə, 487 miqrantı daşıyan balıqçı qayığı yedəklə Kalabriyadakı Krotone limanına aparılıb. Yerli rəsmilər daha 200 nəfərin Siciliya sahillərindən götürüldüyünü bildiriblər.

Xatırladaq ki, bu il İtaliyaya 17 mindən çox miqrant qanunsuz daxil olub. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar