SON XƏBƏRLƏR

İran Şahçırağa hücuma Azərbaycan vətəndaşının rəhbərlik etdiyini iddia edib

2022.11.07, 10:51
İran Şahçırağa hücuma Azərbaycan vətəndaşının rəhbərlik etdiyini iddia edib

Gunaz.tv

"Ölkə daxilində əməliyyatları istiqamətləndirən və əlaqələndirən əsas şəxs Azərbaycan Respublikasının vətəndaşı idi",-deyə, ETTELAAT-ın məlumatında iddia edilib.

ETTELAAT yaydığı bəyanatda Azərbaycan Respublikasının vətəndaşının Bakıda Heydər Əliyev hava limanından Tehranın İmam Xomeyni hava limanına uçduğu və bundan sonra bunu Azərbaycan Respublikasındakı əlaqələndiricisinə bildirdiyi qeyd olunur.

Məlumatda 26 nəfərin saxlanıldığı və onların arasında Azərbaycan, Əfqanıstan və Tacikistan vətəndaşlarının olduğu iddia edilib.

Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında terror aktı törədilib.

3 silahlı şəxsin Şahçıraq ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

İran rəsmiləri ilk-öncə hücum edənlərin 3 nəfər olduğunu, ikisinin saxlanıldığını, birinin axtarıldığını iddia etsələrdə, sonradan yayılan videolarda ziyarətgaha bir nəfər silahlının girdiyi məlum olub.

İran rəsmilərinin hadisə ilə bağlı zidiyyətli məlumatları terror əməli ilə bağlı müxtəlif ehtimalların irəli sürülməsinə və şübhələrin yaranmasına səbəb olub.

Oktyabrın 26-da İranın Fars əyalətinin mərkəzi Şirazdakı ziyarətgahda baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar