SON XƏBƏRLƏR

İran Xarici İşlər Nazirliyi öldürülən polkovinikə görə təhdid bəyanatı yayıb

2022.06.01, 06:03
İran Xarici İşlər Nazirliyi öldürülən polkovinikə görə təhdid bəyanatı yayıb

Gunaz.tv

XİN sözçüsü Səid Xətibzadə mayın 30-da verdiyi bəyanatda polkovnikin öldürülməsində əli olanları “acınacaqlı cavab” alacaqları ilə hədələyib.

“Şəhid Səyyad Xudayinin qətlini kimin həyata keçirdiyini və üçüncü tərəfin kim olduğunu bilirik. Onlar bu barədə mesajlarını alıblar və mütləq əməllərinin cavabını alacaqlar”-deyə, Xətibzadə bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü qətldə kimin və ya kimlərin əli olduğu barədə heç bir açıqlama verməyib.

Bununla yanaşı mayın 29-da İnqilab keşikçiləri Korpusuna bağlı olan “Fars” xəbər agentliyi İsrailin 5 informasiya və texnologiya mütəxəssisinin qısas almaq məqsədilə İranın hədəfində olduqlarını yazıb.

Fars Xəbər Agentliyinin təhdid etdiyi şəxslər arasında İsrail ordusunun yüksək rütbəli zabiti general-mayor Amos Malka, İsrailin 8200-cü Kiber Bölməsinin İsrail dəmir yolu nəqliyyatı sektorunda aparıcı kibertəhlükəsizlik ekspertləri Qal Qnot da daxil olmaqla Əmir Levintal, xanım İnbal Ariel, tanınmış israilli sahibkar və evangelist Amit Meltserin adı var.

İranın təhdid bəyanatları ilə eyni vaxtda İsrail dövləti öz vətəndaşlarına xəbərdarlıq edərək onlardan İranla qonşu ölkələrə səfər etməkdən çəkinməyi tövsiyə edib. 

Qeyd edək ki, mayın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.

Polkovnik Həsən Səyyad Xudayi 840-cı Qüds qüvvələri bölməsinin komandir müavini olub. 840-cı Qüds Qüvvələrinin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına hücum etmək və bölgə ölkələrində İranmeyilli terror qruplaşmalarını təşkilatlandırmaqdan ibarətdir. 

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar