SON XƏBƏRLƏR

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023.03.31, 08:50
İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

Gunaz.tv

Bəyanatda hicabın İran mədəniyyətinin əsas dayaqlarından, təməl prinsiplərindən olduğu və bu sahədə heç kimə güzəşt edilməyəcəyi qeyd edilib.

Nazirliyin bəyanatında məcburi hicab qaydalarını pozanların xarici düşmənlərin əlaltıları olduqları iddia olunub.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngidiyindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsi və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Günaz.TV
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar