İran daha bir İsveç vətəndaşını girov götürüb

06.05.2022, 13:58

İsveç mətbuatı həbs olunan şəxsin adi turist olduğunu yazıb.

Gunaz.tv Quote | Gunaz article

İsveçin “Afton Bladet” qəzeti mayın 5-də yaydığı məlumatda isveçli turistin İranın təhlükəsizlik məmurları tərəfindən həbs olunduğunu yazıb.

Qəzetin yazdığına görə, saxlanılan şəxs adi turist olub və başqa bir neçə nəfərlə birlikdə İrana səfər etdikdən sonra girov götürülüb.

Qəzet məlumatlı qaynağa istinadən İsveç vətəndaşının həbsi İranın keçmiş prokuror köməkçisi Həmir Nurinin İstokholmda mühakimə olunması və onun barəsində ömürlük həbs cəzasının istənilməsi ilə bağlıdır.

İsveç Xarici İşlər Nazirliyi qəzetin yazdığını təsdiq edib və bildirilib ki, bu barədə geniş açıqlama vermək istəmirlər.
XİN məsələ ilə bağlı İran rəsmilərinə müraciət etdiklərini və İsveç vətəndaşının azadlığa buraxılması üçün çalışdıqlarını bildirib.

Qeyd edək ki, mayın 4-də İran mətbuatı İsveç vətəndaşı olan və hazırda Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı alim Əhmədrza Cəlalinin yaxın vaxtlarda edam ediləcəyini yazıb.

İran hökuməti son illərdə çoxlu sayda əcnəbi və ikili vətəndaşlığı olan şəxsləri müxtəlif ittihamlarla, o cümlədən casusluq, xarici təhlükəsizlik orqanları ilə əməkdaşlıq və ya rejimə qarşı fəaliyyət göstərməkdə saxlayıb və bu şəxslərin bəziləri başqa ölkələrdəki iranlı məhbuslarla dəyişdirilib. .

İran hökumətnin bu praktikası bir çox dövlətlər və insan haqları təşkilatları tərəfindən dəfələrlə pislənilmiş və bu hərəkəti siyasi məqsədlərə çatmaq üçün girov alma götürmə əməli kimi dəyərləndirilib. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01