SON XƏBƏRLƏR

İran daxili işlər naziri Kamran Əliyevlə görüşü barədə paylaşım edib

2022.09.01, 07:39
İran daxili işlər naziri Kamran Əliyevlə görüşü barədə paylaşım edib

Gunaz.tv

"Bu gün Azərbaycan Respublikasının Baş prokuroru və Türkiyənin daxili işlər nazirinin müavini ilə görüşümdə düşmənlərin Tehran-Bakı münasibətlərini korlamaq üçün fitnəkarlıq etdiklərini bildirdim. Türkiyə ilə su probleminin həll edilməsinin vacib olduğunu dedim.

Düşmənlər islam dünyasını daxili problemlərlə məşğul etmək istəyirlər. Buna görə də, Qərblə qarşılaşmada yeni yaxınlaşma yolları axtarmalıyıq"-deyə, İran daxili işlər naziri yazıb.

Qeyd edək ki, bir neçə gün öncə İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib. 

Baş prokuror Kamran Əliyev İran tərəfindən məhkəmə istintaqı zamanı İrana qaçan 41 Azərbaycan vətəndaşı və bu şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün Azərbaycan Respublikasına qaytarılmasını tələb edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar