SON XƏBƏRLƏR

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022.09.27, 09:13
İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

Gunaz.tv

SEPAH və ETTELAAT ağır cinayətlər törətmiş şəxsləri öz sıralarına qəbul edirlər.

Son bir həftə ərzindən onlarla belə şəxsin kimliyi dəqiqləşdirilib və sosial mediada yayılıb.

Onlardan biri Təbrizin Şahnaz küçəsində yaşayan Can Sina ləqəbli Sina Furuhərdir.

O. bir müddət Türkiyədə yaşayıb və orada törətdiyi qətl hadisəsinə görə mühakimə olunaraq həbs edilib.

Qısa müddət sonra ETELAAT onu İranda həbs olunan türkiyəli ilə dəyişdirərək ölkəyə qayrtarıb.

Sina Furuhər son günlər Təbrizdə kütləvi dinc aksiyalara qatılan bir neçə gəncin döyülməsi və həbs olunmasında fəal iştirak edib.

Onunla yanaşı Hüseyn Nəcəfi və Səid Nişaninin də bundan önvcə ittiham olunduqları, sonradan ETTELAAT və SEPAH tərəfindən narazılara qarşı əməliyyat işlərinə cəlb olunduqları bildirilir.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar