SON XƏBƏRLƏR

İran-Əfqanıstan sərhədində atışma: Ağır silahlar işə düşdü

2022.07.12, 04:14
İran-Əfqanıstan sərhədində atışma: Ağır silahlar işə düşdü

Gunaz.tv

Bəluç fəalların yaydığı xəbərə görə, hər iki tərəf ağır silahlar və qumbaraatanlardan istifadə edib.

Fəallar silahlı qarşıdurmanın iyulun 11-də Əfqanıstan sərhədçilərinin İrana məxsus 30 traktoru müsadirə etməsindən sonra başlandığını bildirirlər.

Toqquşma Sistan-Bəluçistan əyalətinin Dostməhəmməd bölgəsinin Miyankongi və Əfqanıstanın Nimruz əyalətinin Dərviş bölgəsinin Kong sərhəd məntəqisində davam edir.

Fasilələrlə iyulun 12-i səhər saatlarına qədər davam edən atışmada ehtimal edilən ölü və yaralı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, artıq bununla neçənci dəfədir ki, İranın  sərhəd qoşunları və Taliban qüvvələri iki ölkənin sərhədində bir-birinə atəş açır.

Bundan öncəki atışmalarda bir neçə İran sərhədçisi öldürülüb, bir neçə hərbçi isə Taliban qüvvələri tərəfindən əsir götürülüb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar