SON XƏBƏRLƏR

İran-Əfqanıstan sərhəddində qarşıdurma olub

2022.07.31, 13:00
İran-Əfqanıstan sərhəddində qarşıdurma olub

Gunaz.tv

İranın Sistan-Bəluçistan əyalətinin Əfqanıstanla sərhəddində yerləşən Hirmənd şəhərinin başçısı Meysəm Bərazəndə baş verən silahlı qarşıdurma zamanı insan tələfatının olmadığını deyib.

O, qarşıdurmanı "Taliban qüvvələrinin ran sərhəd postlarından birinə hücumundan sonra başladığı"nı iddia edib.

Silahlı insident iyulun 30-da Əfqanıstan mediası İran sərhədçisi Məhəmməd Səyyadinin sərhəddə öldürüldüyü barədə məlumatlar yaymasından sonraya təsadüf edir.

Əfqanıstan mediası İran sərhədçisinin öldürülüməsini iki azyaşlı Əfqanıstan vətəndaşının qətlinə cavab olduğunu bildirib.

Qeyd edək ki, son aylar İran-Əfqanıstan arasında gərginlik şiddətlənib və hər iki ölkə sərhəddə ağır texnika və canlı qüvvə toplamaqda davam edir.

Bir müddət öncə sərhəddə baş verən qarşıdurma zamanı Taliban qüvvələri İran İnqilab Keşikçiləri Korpusunun 5 hərbçisini əsir götürmüşdülər.

Bundan sonra Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yəqub qonşu ölkələrə xəbərdarlıq edib.

"Qonşu ölkələrin Əfqanıstan sərhədlərinə müdaxilə etmələrə dözməyəcəyik"-deyə, nazir bildirib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar