SON XƏBƏRLƏR

İran-Əfqanıstan sərhədində atışma: Hava limanına raket zərbələri endirilib

2023.05.27, 14:41
İran-Əfqanıstan sərhədində atışma: Hava limanına raket zərbələri endirilib

Gunaz.tv

Bu barədə İran mediası və SEPAH-ın teleqram kanalları məlumat yayıb.

Susali sərhəd postu yaxınlığında başlayan silahlı qarşıdurmanın qısa müddətdə genişləndiyi və hər iki tərəfin silahlı qüvvələrinin bir-birlərinin mövqelərini atəşə tutduğu bildirilir.

Günorta saatlarında İran PUA-ları sərhəd bölgəsində kəşfiyyat uçuşları həyata keçirdikdən sonra Əfqanistanın Zərənc şəhərinin hava limanına raket zərbələri endirilib.

İran mediası çox sayda Taliban qüvvəsinin yaralandığını iddia edib.

Yerli vaxtla təxminən saat 14:10 (Bakı vaxtilə 14:40) dəqiqədə İran tərəfi sərhəddə atışmanın dayandığını və hər iki tərəfin məsul şəxslərinin müzakirəyə başladıqlarını bildirib.

İranın bir neçə media orqanı və SEPAH teleqram kanalları atışmanın İranın Talibanın iddialarına cavab hərəkəti adlandırsa da, "Fars" xəbər agentliyi qarşıdurmanın sərhəddə yaxın əkinçilər və silahlı qruplaşmaların İran sərhəddinə müdaxiləsi nəticəsində baş verən insident olduğunu iddia edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar