SON XƏBƏRLƏR

İranda həbs edilən İtialiya vətəndaşı etirazçılara dəstək verməkdə suçlanır

2022.10.05, 12:00
İranda həbs edilən İtialiya vətəndaşı etirazçılara dəstək verməkdə suçlanır

Gunaz.tv

İran mediası, xüsusilə SEPAH-a yaxın mətbuat Tehranda təhlükəsizlik məmurları tərəfindən sentyabrın 28-də saxlanılan 30 yaşlı Alessiya Piperno adlı İtaliya vətəndaşını etiraz aksiyalarına dəstək verməkdə ittiham edirlər.

SEPAH-a məxsus teleqram kanalı italiyalı xanımın özünün sosial media hesablarında İran etirazçılarını təhrik etdiyini, onlara dəstək verdiyini və iğtişaşların qızışdırılmasına çalışdığını yazıb.

Qeyd edək ki, Alessiya Piperno ilə yanaşı 5-i türkiyəli olmaq şərtilə daha 9 xarici vətəndaş İranda həbs edilib.

Tehran rejimi onların kütləvi etirazlara dəstək verdiyini, ölkədə iğtişaş yaratmağa cəhd etdiyini iddia edir.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar