SON XƏBƏRLƏR

İran həbsxanasında etirazçı qız məmurlar tərəfindən zorlanıb

2022.12.19, 14:00
İran həbsxanasında etirazçı qız məmurlar tərəfindən zorlanıb

Gunaz.tv

"İndipendent" xəbər agentliyinə açıqlama verən 21 yaşlı qız sosial mediadakı paylaşımlarına görə saxlanıldığını və Simnan əyalətinin Şahrud şəhərində İran İnqilab keşikçiləri Korpusuna bağlı gizli təcridxanaya köçürüldüyünü deyib.

Dekabrın 15-də SEPAH məmurları tərəfindən həbs edildiyini bildirən Nilufər adlı gənc xanım təcridxanaya aparıldıqdan sonra 10 nəfər hərbi geyimli məmur tərəfindən zorlandığını və işgəncə edildiyini bildirib.

O, saxlanıldığı kameraya yaxın yerdən 2 gün boyunca təcavüzə məruz qalan və işgəncə edilən başqa bir qızında qışqırıq səslərini eşitdiyini qeyd edib.

Qeyd edək ki, “The New York Times” qəzeti İran İnsan Haqları Kampaniyasına istinadən xəbər verib ki, 14 yaşlı məktəbli etirazçı qız həbsdə olarkən təhlükəsizlik qüvvələrinin cinsi təcavüzü nəticəsində yaranan vajinasının yırtılması nəticəsində dünyasını dəyişib.

Onun anası isə yoxa çıxıb.

“New York Times” qəzeti dekabrın 17-də “İran qadınlara iffəti qəbul etdirmək üçün cinsi zorlamadan istifadə edir” başlıqlı yazıda İran İslam Respublikasının təhlükəsizlik qüvvələrinin Məsumə adlı 14 yaşlı məktəbli qızı həbs etdiyini açıqlayıb.

Tehranın yoxsul  məhəllələrindən birində yaşayan və məktəbdə hicabını çıxardığı üçün həbs edilən qızcığaz bir müddət sonra şiddətli vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb. 

Yazının müəllifi Nyu-Yorkda yerləşən İran İnsan Haqları Kampaniyasının direktorundan sitat gətirib: “Bu qız məktəbdə quraşdırılmış kameralar tərəfindən müəyyən edilərək həbs olunub.

Bir müddət sonra o, şiddətli vaginal yırtıq səbəbindən xəstəxanaya aparılıb. Qız həyatını itirib, anası isə öncə qızının qətlini ictimailəşdirmək istədiyini dedikdən sonra yoxa çıxıb”. 

Bundan CNN xəbər kanalı araşdırma hesabatında həbs olunan bir neçə nəfərə istinad edərək İranda son etirazlar zamanı həbs edilən qadın və kişilərin zorlandığını təsdiqləyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar