SON XƏBƏRLƏR

Təbrizdə tikilən yeni xəstəxanaya gedən yol bərbad durumdadır-Hökumət təmirə pul ayırmır

2022.02.28, 08:14
Təbrizdə tikilən yeni xəstəxanaya gedən yol bərbad durumdadır-Hökumət təmirə pul ayırmır

Gunaz.tv

Bu durum insanların narazılığına səbəb olsa da, hökumət qurumları problemin həlli ilə bağlı vəsait ayırmaqdan imtina edir.

Mədəni fəalların sosial mediada yazdıqlarına görə, büdcəsi “Mərdani Azər” ailəsi tərəfində ödənilən və ailənin adını daşıyan uşaq xəstəxanasına gedən yollarda avtomobillərin hərəkəti mümkün deyil.

Əhalinin narazılığından sonra mediaya açıqlama verən Təbriz Şəhər Şurasının başçısı Rəsul Bərgi problemin olduğunu etiraf edib.

“Xəstəxanaya gedən yolların dağınıq olması oraya getməyi çətinləşdirib və əhalinin narahatlığına səbəb olan məsələnin həlli lazımdır.

Xəstəxana xeyriyyəçi tərəfindən tikilərək Təbriz Tibb Elmləri Universitetinə verilib və indi əlaqədar qurumların yolların çəkilməsi üçün iş görmələri vacibdir”-deyə, Şəhər Şurasının başçısı bildirib.

O, Mərdani Azər ailəsinin bu günə kimi Təbrizdə 35 tibbi və mədəni mərkəzin tikintisini öz üzərlərinə götürdüklərini deyib və bunun qarşılığında əlaqədar dövlət qurumlarının öz vəzifə borclarını yerinə yetirməmələrini qınayıb.

C.E   
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar