SON XƏBƏRLƏR

“Təbrizin sehrli nağılları”na qarşı "Fələstin" kitabı-İran rəsmiləri kampaniyaya başladı

2022.08.03, 05:53
“Təbrizin sehrli nağılları”na qarşı "Fələstin" kitabı-İran rəsmiləri kampaniyaya başladı

Gunaz.tv

Bu barədə İran İslam Keşikçiləri Korpusunun (SEPAH) nəzarətində olan “Fars News” xəbər yayıb. 

Qeyd edək ki, bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabını oxuyarkən fotosunu dərc edərək yazıb: “Bu yaxınlarda mənə təqdim olunan bu möhtəşəm kitabda Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Dostlar, bu günlərdə nə oxuyursunuz?”.

İranın Azərbaycandakı səfiri isə İsrail səfirinin tvitlərinə aqressiv və qeyri-diplomatik tonda cavab verib: “Bu səfir uşaqdır və uşaqcasına işlərlə məşğuldur, amma bilməlidir ki, harada nadinclik edir, fitnə çıxarır”.

İndi isə Təbrizdə İran hökumətinə bağlı bir qrup elm və mədəniyyət, sənət adamları, media nümayəndələri və idmançılar tərəfindən adıçəkilən aksiyaya cavab olaraq kampaniyaya start verilib.

Kampaniya iştirakçıları İranın rəhbəri Əli Xameneyinin yazdığı “Fələstin” kitabını oxuyarkən çəkilmiş fotolarını dərc etməklə bu kitabı dünyaya və xüsusən də Qafqaz regionu xalqına tanıtdırırlar. (Azad İran)

 

14010511000700_Test_NewPhotoFree.jpg

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar