SON XƏBƏRLƏR

İran hökuməti daxilində parçalanma yaranır

2022.11.19, 15:00
İran hökuməti daxilində parçalanma yaranır

Gunaz.tv

Bildirilir ki, son günlər İranın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə iki gizli və fövqüladə əhəmiyyətli görüşlər keçirilib.

Bu görüşlər Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin istefaya getməsi və bu şura tərəfindən bunun təkzibi ilə bağlı şayiələrin yayılmasına səbəb olub.

Şamxaninin istefası ilə bağlı şayiənin kökündə onun Ali Milli Təhlükəsizlik Şurasında olması ilə bağlı ordu başçıları və ölkə rəsmiləri arasında geniş fikir ayrılıqları dayanır.

Radikal mühafizəkarlar, o cümlədən İran rəhbəri Əli Xameneyiyə yaxın Həmid Rəsayi və Hüseyn Şəriətmədari Əli Şəmxaninin etirazların yatırılmasında zəiflik göstərdiyini iddia edir.

Onların təmsil etdiyi mühafizəkar qrup etirazçılara qarşı daha sərt tədbirlərin görülməsini təklif edirlər.

Təhlilçilərin fikrincə ölkədə nümayişlərin davam etməsi və genişlənməsi İran hakimiyyətinin üst qatları, ordu və SEPAH arasında çatların əmələ gəlməsinə səbəb olub.

Onlara görə, etirazlar davam etsə hakimiyyət daxilindəki fikir ayrılıqları ciddi qarşıdurmalarla nəticələnə bilər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar