SON XƏBƏRLƏR

İran hökuməti üsyançılara qarşı livanlı və iraqlı muzdlulardan istifadə edir

2022.09.28, 06:50
İran hökuməti üsyançılara qarşı livanlı və iraqlı muzdlulardan istifadə edir

Gunaz.tv

Xarici media, sosial şəbəkə fəalları və yerli şahidlərin dediyinə görə, İran hökuməti etirazları yatırmaq üçün İraqdan və Livandan "Həşdi-Şabi", "Hizbullah" və digər özünə bağlı hərbi ünsürləri ölkəyə gətirib.

Adı çəkilən ölkələrdə İrandan maliyyələşən silahlı terror qruplaşmalarının üzvləri dəfələrlə İran xalqlarının etiraz aksiyalarının yatırılmasında rol oynayıblar.

Məlumata görə, SEPAH üzvəri və xüsusi təyinatlı qüvvələrlə birgə repressiyalarda iştirak edən İraqın "Həşdi-Şabi" və Livanın "Hizbullah" qruplaşmalarının üzvləri xüsusi qəddarlıqları ilə seçilirlər.

Qeyd edək ki, bundan öncə 2009-cu və 2019-cu illərdə də, etiraz aksiyalarının kütləviləşməsindən qorxuya düşən Tehran rejimi adı çəkilən muzdluların xidmətindən geniş istifadə etmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar