SON XƏBƏRLƏR

İran hökuməti Qərbi Azərbaycanda İsrail casuslarını həbs etdiyini iddia edir

2022.10.24, 11:25
İran hökuməti Qərbi Azərbaycanda İsrail casuslarını həbs etdiyini iddia edir

Gunaz.tv

Saxlanılanların MOSSAD zabitləri ilə əlaqədə olduqları və İran təhlükəsizlik orqanlarının işçilərinin müəyyənləşdirilərək oğurlanmasını planlaşdırdıqları iddia edilib.

Məlumatda həbs edilənlərin Qərbi Azərbaycan, Hormozqan və Tehran əyalətlərində əməliyyatlar keçirməyə hazırlaşdıqları qeyd edilib.

10 nəfərin cinayət işinin Urmu şəhərinin Ümumi və İnqilab Məhkəməsinə göndərildiyi, işə baxıldığı və 4 nəfər barəsində "yer üzündə fəsad yaymaq" ittihamı irəli sürüldüyü bildirilir.

İran cəza qanunlarında qeyd olunan ittihamla məhkum edilən şəxslər barədə edam cəzası verilir.
 
Qeyd edək ki, son vaxtlar ETTELAAT bir neçə dəfə İsrail casusları və terroristləri həbs etdiyi barədə bəyanatlar yaysada, onların kimliyi barədə heç bir açıqlama verməyib.

Bir müddət bundan öncə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi İranda fəaliyyət göstərən sol meyilli təşkilatlardan birinin bir neçə üzvünün İsrailə casusluq etdikləri üçün saxlanıldıqlarını bildirib.

Ancaq İran hökumətinin İsrail casuslarını həbs etmək barədə iddiaları qətiyyətlə təkzib edilib və saxlanılanların siyasi fəaliyyətlərinə görə həbs edildikləri bildirilib.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar