SON XƏBƏRLƏR

İran hökuməti Kürdüstan və Qərbi Azərbaycana ordu birlikləri və hərbi texnika toplayır

2022.10.10, 08:28
İran hökuməti Kürdüstan və Qərbi Azərbaycana ordu birlikləri və hərbi texnika toplayır

Gunaz.tv

Verilən məlumatlara görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları adı çəkilən əyalətlərlə İraq sərhəddinə çox sayda hərbçi və ağır hərbi texnika toplamaqda davam edir.

Xüsusilə Banə bölgəsində daha çox aktivliyin  müşahidə edildiyini bildirən mənbələr, SEPAH-ın yerli əhaliyə sərhəd bölgələrindən uzaqlaşmaları barədə xəbərdarlıq etdiklərini deyirlər.

Bu, son günlər SEPAH"-ın İraqın şimalında yerləşən iranlı kürtd təşkilatlarının qərargahlarına dron və artilleriya zərbələri ilə eyni vaxta təsadüf edir.

SEPAH-a bağlı olduğu deyilən teleqram kanalında qonşu ölkələrdə yerləşən müxaliflərin bu ölkələrin hökumətləri tərəfindən qovulmayacağı təqdirdə, İran ordusunun onları bir dəfəlik bölgədən uzaqlaşdıracağı, zərərsizləşdirəcəyi ilə bağlı əməliyyatlar keçirməyə hazır olıduğu barədə bəyanatlar yayılıb.

SEPAH-ın quru qoşunlarının İraqın şimalına hücum edəcəyi barədə ehtimallar səsləndirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar